|
İslam  Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bu gün - sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT)  təmas qruplarının iclasları keçiriləcək.

Təmas qruplarının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Həmçinin İƏT-in xarici işlər nazirləri Myanma müsəlmanları və Fələstin qaçqınlarının üzləşdiyi problemləri də müzakirə edəcək.

Cia.az