|
Xaçmazda 34 yaşlı kişi intihar edib

Xaçmaz şəhərində intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Kərimov Mehman Ruslan oğlu özünü yaşadığı evin tavanından asaraq öldürüb. Onun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

Cia.az