|
Xaçmazda "VOLKSWAGEN" yanıb

Xaçmaz şəhərində minik avtomobilində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində "VOLKSWAGEN" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az