|
Bakıda 44 yaşlı kişi 9-cu mərtəbədən özünü atıb

Bakıda intihar hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Sübhi Adil oğlu Ağayev yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Cia.az