|
İçində dövlət qulluqçuları olan avtobus aşdı

Çinin Şandun əyalətində içərisində dövlət qulluqçuları olan avtobus aşıb

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, qəza nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

Avtobusun sərnişinləri Linyi şəhər dairəsinin turizm administrasiyasının işçiləri olub.

Yaralıların vəziyyəti sabit qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.