"Real"ın futbolçusu Mateo Kovaçiçin son durumu müəyyənləşib.
Qol.az-ın İspaniya mətbuatına istiandən yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda APOEL-ə qarşı matçın 25-ci dəqiqədə zədələnərək meydanı tərk edən xorvatiyalı yarımmüdafiəçinin sağ ayağının vətərində problem olduğu aşkarlanıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.
Qeyd edək ki, "Real" - APOEL görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb
