|
"Şəkilləri silmək üçün 100 min təklif etdilər" -

Müğənni Alişanın bir müddət əvvəl ayrıldığı nişanlısı Eda Erolun sevgilisi Oqan Şenyolcu yeni açıqlamalar verib.
Oqan Eda ilə çəkdirdiyi şəkillərin qarşı tərəfdən silinməsi üçün ona 100 min lirə (təxminən 50 min AZN) təklif olunduğunu bildirib.
Lakin Şenyolcunun vəkili həmin təklifi rədd edib.
Qeyd edək ki, Alişanla Edanın ayrılmasına səbəb kimi aralarında Edanın keçmiş sevgilisi Oqan Şenyolcu ilə bağlı mübahisə yaranması göstərilir