Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, məşhur aşıq Ədalət Nəsibov dünyasını dəyişişib.
Bu barədə cia.az-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.
Bildirilib ki, aşıq Ədalət uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.
Qeyd edək ki, Aşıq Ədalət 27 yanvar1939-cu ildə Qazax rayonunda anadan olub. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı idi.
Allah rəhmət eləsin!
Cia.az
