|
Fransadan S-400-lə bağlı Türkiyəyə böyük dəstək

Türkiyənin Rusiyadan S-400 alması müstəqil qərardır və NATO-nun buna münasibət bildirməsinə lüzum yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Eqnes Romatet bildirib.

NATO-nun Türkiyəni regiondakı təhlükəli vəziyyətlə əlaqədar güclü bir şəkildə dəstəklədiyini deyən Romatet qurumun Türkiyənin tələbi ilə ölkənin şərqinə raketdən müdafiə sistemləri aldığını bildirib.