“Real”ın futbolçusu Marko Asensio Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda APOEL-lə ev oyununu buraxacaq.
Qol.az-ın "The İndependent"ə istinadən yayddığı xəbərə görə, buna 21 yaşlı yarımmüdafiəçi təraş zamanı ayağında yara əmələ gəlməsi səbəb olub.
Məlumatı klubun baş məşqçisi Zinəddin Zidan da təsdiqləyib: "O, hətta corablarını geyinə bilmir".
Qeyd edək ki, "Real" - APOEL görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq
Cia.az
