|
Kök bədənini göstərməkdən çəkinmədi
Kök model Eşli Qrem Nyu-Yorkda küçələrdən birində məşhur markanın reklamına çəkilib.
Bikinidə olan Eşli selulit və artıq ətlərinin görünməyindən qətiyyən narahat olmayıb.
Daim “Bədənimi sevirəm” deyən 29 yaşlı modelin çəkiliş zamanı kameralara tuş gələn fotoları sosial mediada yayılıb. Eşlinin şəklinə “Hər zaman gözəlsən” şərhləri yazılıb.