Bu gündən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri başlayır.
Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.
Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.
Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , parlamentin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçiriləcək.
Cia.az
