|
Sumqayıtda ağır qəza:

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Şəhər ərazisində "VAZ 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 2107"də olan 60 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Cia.az