|
Zakir Həsənov yəhudilərin xatirə memorialını ziyarət edib

İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.

Müdafiə Nazirliyinin  məlumatına görə, müdafiə naziri, Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.

Cia.az