|
Ərdoğan Əsədlə gizli görüşməsi barədə məlumatlara münasibət bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə gizli görüşməsi barədə məlumatlara münasibət bildirib.

APA-nın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, Ərdoğan Qazaxıstan səfərindən Türkiyəyə dönərkən təyyarədə jurnalistlərə müsahibəsində görüş barədə xəbəri təkzib edib. 

" Əsədlə görüşməmişəm, görüşmək niyyətim də yoxdur", - deyə o bildirib.