Paytaxtda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun meyiti aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
