Türkiyənin tanınmış tarixçi-yazarı Kadir Mısıroğlu ermənilərin tarix boyu törətdikləri zülmləri göstərən əsər yazıb. ANS PRESS-in məlumatına görə, kitab, “Tarixdən günümüzə erməni məsələsi və zülmləri” adlnır. Yerli mətbuat kitabın, deportasiyanın 100-cü ildönümündə tarixdəki erməni məsələsinə dair həqiqətlərin panoramasını ən doğru şəkildə əks etdirən mənbə bir əsər olduğunu bildirib.
Yeddi blmədən ibarət əsərdə ermənilərin Qarabağda və Xocalıda törətdiyi qeyri-insani soyqırımına da yer verilib.
Kitabın bölümləri belədir:
1. Ermənilər əv ümumi erməni tarixi.
2. Tarixdə erməni məsələsinin meydana çıxması və bunun amilləri, erməni üsyanları və çevrilişləri.
3. Erməni üsyan və çevrilişləri.
4. I Dünya müharibəsində rusların kölgəsində həyata keçirilən erməni zülmü barədə şahidliklər.
5. Deportasiya məsələsi.
6. Lozan konfransında erməni məsələsi və Lozan sonrası.
7. Erməni məsələsində son pərdə: Qarabağ məsələsi və Xocalı qətliamı.
Yazar kitabı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana ithaf edib:
“Bu əsəri, 1915-ci ildə hərbi təhlükəsizlik tədbiri kimi həyata keçirilən erməni deportasiyasının 100-cü ildönümü ərəfəsində, həmin deportasiya vaxtı müxtəlif səbəblərlə ölmüş ermənilər üçün başsağlığı mesajı yayaraq əcdadımız Osmanlının ardıcıl alicənablığına yenisini əlavə etmiş olan xalq tərəfindən ilk seçilən prezident Rəcəb Tayyib Ərdoğana ithaf etməyimə görə bəxtiyaram”.
