|
Prezident İlham Əliyev Aleksandr Lapşini əfv edib

Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki. sərəncamla 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad ediləcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 
Cia.az