|
Paşayev oynadı, komandası "Dinamo"ya uduzdu

Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. 
Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. 
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Paşayev sonadək oynayıb.

Qeyd edək ki, "Aleksandriya"  4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb

Cia.az