|
Almaniya Bundesliqasında oyunu ilk dəfə qadın idarə edib

Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub.

 

"Report" TASS-a istinadən xəbər verir ki, 38 yaşlı Ştaynhaus III turun "Herta" - "Verder" oyununu (1:1) idarə edib.

 

Hakim matçın 36-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Pyer Şelbredə sarı vərəqə göstərib.

Cia.az