|
“Qarabağ” futbolçuları İngiltərəyə yola düşdü

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” klubunun heyəti İngiltərəyə yola düşüb. Cia.az kluba istinadən xəbər verir ki, təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yollanıb.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq.

Cia.az