|
Bakıya yeni polis avtomobilləri gətirildi

Azərbaycanda post-patrul və yol polisi əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər alınıb. 

ANS PRESS-in məlumatına görə, sabah Azadlıq meydanında yeni alınan avtomobillərə baxış keçiriləcək. 

Azadlıq meydanında yeni çəkilən avtomobillərin şəklini çəkən əməkdaşımızın sözlərinə görə, post patrul üçün "Fiat Doblo", yol polisi əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər nəzərdə tutulub. 

Saxlanılan şəxslərin daşınması üçün də "Mercedes" markalı mikroavtobuslar da nəzərdə tutulub. 

Qeyd edək ki, yeni avtomobillər texniki imkanları və müasir avadanlıqları ilə diqqəti cəlb edir.