|
AŞPA Monitorinq Komitəsinin katibi də Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana gələcəkləri vaxt bəlli olub.

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu cia.az-a deyib ki, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Bakıda səfərdə olacaqlar.

Həmçinin, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delfin Freyman da Azərbaycana səfər edəcək.

Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , parlamentin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçiriləcək.

Cia.az