|
Ağdamda bir evin 6 üzvü qidadan zəhərləndi

Ağdamda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilənv məlumata görə, sentyabrın 7-də Ağdam rayonunun Zəngişalı kəndindəki evlərdən birindən 6 nəfər qidadan zəhərlənmə şikayəti ilə xəstəxanaya gəririlib.

Həmin şəxslərin hansı ərzaqdan zəhərlənməsi barədə hələ dəqiqi məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Cia.az