|
Meksika silkələnir - 61 afterşok, sunami xəbərdarlığı

Meksikanın Çiapas ştatı sahillərində baş vermiş 8 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər həlak olub. Trend-in məlumatına görə, yeraltı təkanlardan sonra ard-arda afterşoklar da yaşanır.

Son məlumatlara əsasən, gücü 6,1 bala çatan 61 afterşok qeydə alınıb.

Bundan başqa, sunami təhlükəsi də qüvvədə qalır. Hazırda sahillərdə dalğaların 1 metrədək çatdığı barədə məlumat verilib.

Sunami dalğalarının 3-4 metrədək çata biləcəyi istisna olunmur.

Cia.az