Suriya və İsrail Rusiya istehsalı olan “Terminator” tipli zirehli texnika ilə maraqlanır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Şevçenko deyib.
Qeyd edək ki, sözügedən texnika 2 ədəd 30 mm-lik atıcı topla, 2 ədəd raketatan mexanizmlə, 2 ədəd AG-17D avtomatik partlayıcı atanla və bir ədəd 7.62 mm-lik avtomat silahı ilə təchiz edilib.
