|
Mətbuat xidmətinin rəhbərinin oğlu Bakıda  yol qəzasında öldü

Bakıda Salyan şossesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən cia.az-a verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır. Xəsarət alanlar-1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğludur. Yaralılardan Mahir Məmmədov ağır kəllə beyin travması aldığından vəziyyəti ağır qioymətləndirilir və o reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xatırladaq ki, Səbail rayonu ərazisində, Salyan şosesində hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2 nəfərin ölüb, 3 nəfər isə xəsarət alıb.

SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Cia.az