|
Bakıda uşaq bağçasında faciə:

Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın verdiyi ilkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.

Cia.az