|
Əfqanıstanda terror aktı nəticəsində 3 gürcü hərbçi yaralanıb

Əfqanıstanın Baqram hərbi bazasına baş verən terror aktı nəticəsində Gürcüstanın üç hərbçisi yaralanıb.

Trend-in məlumatına görə, hərbçilərin birinin vəziyyəti ağırdır.

Yaralılar hospitalda müalicə alırlar.