|
"Trabzonspor" millinin üzvünü transfer edir

Türkiyənin “Trabzonspor” klubu heyətinə daha bir futbolçu cəlb edir.
Trabzon təmsilçisi “Marsel”in futbolçusu Tomas Huboçanı icarə götürəcək.
Slovakiyalı müdafiəçinin bu gün tibbi müayinədən keçəcəyi, ardınca isə onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu Slovakiya millisinin üzvüdür. O, yığmanın heyətində 54 oyun keçirib

Cia.az