|
Bakıda Leninqradın mühasirəsi qurbanlarının xatirəsinə həsr edilmiş fotosərgi açılacaq

Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Leninqradın mühasirəsi qurbanlarının xatirə gününə həsr edilmiş fotosərgi açılacaq.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə blokada dövründə Leninqrad sakinləri olmuş, hazırda Azərbaycanda yaşayan insanların İctimai Birliyinin üzvləri iştirak edəcəklər.

Sərgi sentyabrın 8-də saat 11:00-da açılacaq.

Ekspozisiyasına 36 fotoşəkil daxil edilmiş sərgi sentyabrın 12-dək davam edəcək

Cia.az