Xəbər verdiyimiz kimi, "Sonuncu dəfə “Kiralık aşk” serialı ilə ekranlarda olan aktyor Barış Arduç və aktrisa Elçin Sanqu yenidən tamaşaçıların görüşünə gələcək.
Rejissoru Şenol Sönməz olan "Yanımda kal" romantik komediya filminin çəkilişləri artıq başlayıb.
Mert rolunu Barış və Ada rolunu Elçinin canlandıracağı ekran işindən ilk foto artıq sosial mediada yayılıb.
Qeyd edək ki, Mert filmdə keçmişi ilə yaşamayan, Ada isə hər şeyi əvvəlki yaşamına uyğunlaşdıran gənclərdir. Çəkilişləri İstanbulun fərqli nöqtələrində aparılan ekran əsərinin ilin ən iddialı romantik komediyası olacağı ehtimal olunur. 

