|
Bakıda minik avtomobili evakuatorla toqquşdu

Bakıda minik avtomobili ilə evakuatorun toqquşması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə FHN-dən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı evakuator toqquşub.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 09:39-da başa çatıb.

Cia.az