|
Bakıda "Beauty Azerbaijan 2017" sərgisi keçiriləcək

28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi keçiriləcək.

Bu barədə Trend-ə İTECA-dan məlumat verilib.

“Beauty Azerbaijan” sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribütorlarını öz meydançasında bir araya gətirir.

Cia.az