|
Türkiyədə Kəşfiyyat İdarəsinin binasına hücum planlaşdıran şəxs zərərsizləşdirilib

Türkiyə Kəşfiyyat İdarəsinin (MİT) Mersin vilayətindəki inzibati binasına hücum planlaşdıran naməlum şəxs zərərsizləşdirilib.

Trend-in məlumatına görə, həmin şəxs binanın girişinə partlayıcı qurğu atmaq istəyib.

Hadisə yerinə jandarmeriya bölmələri cəlb olunub.

Hücum planlaşdıran şəxsin kimliyi açıqlanmır.