|
Azərbaycan Prezidenti Svazilend Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Svazilendin Kralı III Msvatiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Cia.az