|
Masallıda mikroavtobus beton maneəyə çırpılıb:

Bakıdan Lənkərana gedən "QAZel" markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar Bakıda keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 Cia.az