|
Ancelina Coli övladlarıyla film festivalında

Aktrisa Ancelina Coli Tellüriddə (Kolorado, ABŞ) beynəlxalq film festivalına qatılıb.
42 yaşlı aktrisa tədbirə 6 övladı ilə birgə yollanıb. 
A. Colo 16 yaşlı Meddoks, 13 yaşlı Paks, 12 yaşlı Zahara, 11 yaşlı Şaylo və 9 yaşlı əkizlər Vivien və Noksla birlikdə fotoqraflara poz verib. Meddoks və Paks Ancelina Colinin rejissoru olduğu "Əvvəl onlar mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father") filminin təqdimatı zamanı səhnəyə də çıxıblar. Oğlanlar çəkiliş zamanı analarına yardım etdikləri üçün film heyətinin üzvü hesab edilirlər.





Cia.az