|
NATO-nun mobil qrupu Hərbi Hava Qüvvələrində təlim kursu keçir

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Hərbi HavaQüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir. 

Cia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.

Cia.az