|
Zakir Həsənovun Polşaya səfəri başlayıb

Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Cia.az-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z. Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.

Cia.az