Üz dərisi soyuq havalarda daha çox baxım tələb edir. Qarşıdan soyuq havalar gəldiyinə görə təbii maskalardan istifadə etmək daha məsləhətlidir.
Axşam.az xarici KİV-ə istinadən soyuq havada dərinizi təmizləyəcək maska təqdim edir:
3 xörək qaşığı mannı yarması, 1 xörək qaşığı avokado yağı və 4 damcı efir yağını birlikdə yaxşıca qarışdırın. Əgər kütlə qatı alınarsa, bir az ilıq süd əlavə edin. Üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyub, üz kremi çəkin.
Bu maska dərini üzdəki makiyajın qalıqlarından, hava çirklənməsindən təmizləyəcək.
Cia.az
