|
Azərbaycan MN: Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır

"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".

Bunu cia.az-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

Cia.az