|
Nazirlik 4 mindən çox vakansiya elan etdi

Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq.

Bunu Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu mərhələyə 7 sentyabrdan start veriləcək: “Ayın 7-8-də seçimlər olacaq. Sonrakı bir neçə gün ərzində nəticələr bilinəcək”.

Qeyd edək ki, müsahibədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb

Cia.az