|
Braziliyalı futbolçu “Çelsi”nin hədəfində

Aleks Oksleyd-Çemberleyni heyətinə qata bilməyən “Çelsi” hazırda diqqətini “Bavariya”nın üzvü Rafinyaya yönəldib. 

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, London klubu artıq braziliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı danlışıqlara başlayıb. 

Hələlik Münken təmsilçisinin bu təklifi necə dəyərləndirəcəyi bilinmir. 

Qeyd edək ki, Rafinyanın “Bavariya” ilə müqaviləsi gələn yay başa çatır.