|
Mumbayda 35 adam uçmuş binanın altında qalıb

ANI agentliyinin yaydığı məlumata görə, Hindistanın Mumbay şəhərində 35 nəfərə yaxın adam uçmuş üçmərtəbəli binanın altında qalıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, xilasedicilər hələ ki üç nəfəri çıxara biliblər. Xilasetmə əməliyyatı davam etdirilir. (Azərtac)