Meksika və Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirmək məqsədilə Meksikanın ölkəmizdəki səfirliyi Heydər Əliyev Mərkəzi ilə birgə heykəltəraş Xorxe Marin ilə əməkdaşlıq əsasında “Varlığın canlanması” adlı fotomüsabiqə elan edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər öz işlərini sentyabrın 7-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə təqdim olunan işlər arasından 10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin “facebook” səhifəsində yerləşdiriləcək. Həmin tarixdən etibarən sentyabrın 14-dək iştirakçıların ən çox “layk” toplamaq imkanı olacaq. Sonda üç ən çox bəyənilən foto mükafatlanacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimi zamanı elan ediləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında Heydər Əliyev Mərkəzində heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi keçirilib
