|
"Ana olandan sonra heç kimi öpmürəm"

Müğənni Gülşən həmkarı Hadisənin bacısı Hülya Açıkgözün çimərliyində konsert verib. 
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 30 avqust Zəfər bayramını qeyd edən sənətçini konsertində həyat yoldaşı Ozan Doğulu müşayiət edib. Ritmik mahnılarını səsləndirən Gülşən maraqlı etiraf da söyləyib:
“Mən uşağım dünyaya gələndən sonra heç kimi öpmürəm. Bu vəziyyəti daha yaxşı ana olanlar bilər. Çünki gigiyenik cəhətdən ehtiyat edirəm”

Cia/az