|
Cüdoçumuz dünya çempionatının finalına yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.

 

Modern.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsinə mübarizə aparan Rüstəm Orucov dünya çempionatının yarımfinalında koreyalı idmançı Çanqrim Anı ipponla məğlub edib.

 

26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşacaq.