|
Prezidentin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

Özbəkistan prezidenti Şövkət Mirzəyevin mətbuat xidmətinin rəhbəri Əsədjon Xocayev vəzifəsindən azad olunub.

O Səmərqənddə keçirilən “Şark taronaları” musiqi festivalının keçirilməsi və işıqlandırılması zamanı yol verdiyi nöqsanlara görə postunu tərk edib.

Əsədjon Xocayev mart ayında bu posta təyin olunmuşdu.

Cia.az