Həbsdə olan yazıçı oğlu cəzasından apellyasiya şikayəti verib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ə.Kərimzadənin apellyasiya şikayəti təmin edilməyib və 9 illik cəzası qüvvədə qalıb.
Qeyd edək ki, Ə.Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Cia.az
